Ölkə

Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək

Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.

“7Times.az” oxu.az-a istinadla xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 2 milyon 538 min manatdır.

Satınalma sənədlərinə əsasən, işlər çərçivəsində Ağdaş rayon 5 saylı tam orta məktəbdə dam örtüyünün sökülməsi, dam konstruksiyalarının ağac elementlərinin sökülməsi, qəlibin qurulması, A-1 və A-3 sinifli armaturdan istifadə olunması nəzərdə tutulur.

Belə ki, 1 023.81 kvadratmetr dam örtüyünün sökülməsi, eyni həcmdə dam konstruksiyalarının ağac elementlərinin sökülməsi, 12 kubmetr qəlibin qurulması, 0.32 ton A-1 və 0.532 ton A-3 sinifli armaturun istifadəsi planlaşdırılır.