Ölkə

Nazirlikdən xəbərdarlıq: “Şirinlik” verməyin!

Nazirlikdən xəbərdarlıq: “Şirinlik” verməyin!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəbəqəbul prosesində məktəblərin pul tələb etməsi qanunsuzdur.

 

7Times.az  xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov birinci siniflərə qəbul zamanı “şirinlik” verilməsi ilə bağlı suala cavabında deyib.

 

Nazirlik rəsmisi bildirib ki, belə hallar olarsa, vətəndaşlar bununla bağlı həm hüquq mühafizə orqanlarına, həm nazirliyə, həm də regional təhsil idarələrinə müraciət edə bilərlər: “Bu prosesdə məktəb direktorunun edə biləcəyi bir şey yoxdur”.

 

O qeyd edib ki, valideynlər öz hüquqlarını müdafiə etməlidir: “Bu prosesdə bir-birimizə yardımçı olmalıyıq. Elektron sistem şagirdin qəbulu barədə sms göndərirsə, məktəbin bu məsələdə əsas rolu toplanılan sənədləri qəbul etməkdir. Bütün sənədlər qaydasındadırsa, məktəbin həmin uşağı qəbul etməmək kimi şansı yoxdur”.