Ölkə

Nazirliyin xanım əməkdaşı xadiməni məhkəməyə verdi – Müdürlə adına söz çıxarıb…

Nazirliyin xanım əməkdaşı xadiməni məhkəməyə verdi – Müdürlə adına söz çıxarıb…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda nazirlik əməkdaşı xadiməni kollektiv arasında şaiyə yaydığını iddia edərək məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 6 saylı filialında aparıcı mütəxəssis vəzifəsində işləyən Gülnar Hüseynova (ad şərtidir) həmin qurumda xadimə işləyən Lalə İbrahimovanın (ad şərtidir) onun barəsində müxtəlif böhtanlar ataraq, şaiyələr yayaraq guya işçilərdən rüşvət aldığını və filial müdiri ilə arasında gizli münasibətlərin olduğunu bildirərək, kollektiv arasında təbliğat apardığını iddia edib. Həmçinin qeyd edib ki, Lalə İbrahimova “WhatsApp”da ona təhqiredici mesajlar göndərib.
Nazirlik əməkdaşı Qubadlı rayon Məhkəməsində iddia qaldıraraq, Lalə İbrahimovanın dediyi sözləri təkzib etməsini və ondan üzr istəməsini, həmçinin mənəvi ziyana görə 5000 manat məbləğində təzminat ödəməsini tələb edib.

Məhkəmədə cavabdehin vəkili və nümayəndəsi iddianı rədd edərək bildirib ki, şikayət ərizəsində hər hansı bir sübut yer almayıb. Həmçinin qeyd edilib ki, “WhatsApp” yazışmalarında istifadə olunan kəlimələr bədii filmlərdəndir və atalar sözləridir. Belə olan halda iddiaçının şərəf və ləyaqətinin ləkələnməsindən söhbət gedə bilməz. Vəkil məhkəmədən bunu nəzərə alaraq, iddianın rədd edilməsini xahiş edib.
Hakim Vladimir Ruvinov iddianın həqiqəti əks etdirmədyinə qərar verib və şikayətçinin iddiasını təmin etməyib.