Ölkə

“Nemət kimi dayanmağa gücüm çatmaz, səhhətim imkan vermir” – HAFİZ HACIYEV

“Nemət kimi dayanmağa gücüm çatmaz, səhhətim imkan vermir” – HAFİZ HACIYEVbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlı TV Müsavatda qonaq olarkən aparıcı Sevinc Telmanqızının xahişi ilə canlı efirdə başı üstə dayanmaqla diqqəti öz üzərinə çəkib.

Uzun illərdən bəri yoqa ilə məşğul olduğunu xatırladan 62 yaşlı siyasətçi bu vəziyyətdə ən azı yarım saat dayana bildiyini deməklə personası ilə bağlı yeni müzakirələrə rəvac verib.

Məsələylə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 7Times.az-a açıqlama verərək, Nemət Pənahlının hər dəfə nəyləsə gündəmdə qalmağa çalışdığını bildirib:

Nemət bəy müəyyən məsələlərlə zaman-zaman gündəmdə qalmağı bacarıb. O siyasətçidirsə, gərək olmayaydı. Televiziyanın aparıcısı çox ləyaqətli bir xanımdır. Sevinc xanım bununla bağlı açıqlama verdi ki, verlişdən sonra olub. Hər halda bu elə bir qəbahət də deyil. Nemət Pənahlı çalışır ki, bir variantlarla gündəmdə qalsın. Burda elə bir qəbahət görmürəm. Ona görə ki, siyasətçi də idmanla məşğul ola bilər. Düşünürəm ki, ictimaiyyət içərisində bunu etməyi bəlkə də yersiz idi. Ümumilikdə konkret bir fikir bildirə bilmirəm. Telekanala böyük hörmətimiz var. Nə deyim Nemətdi də…Çalışır nəyləsə güdəmdə qalsın. Gah ağlayır, gah gülür…

“Bəs sizin fiziki gücünüz o cür dayanmağa imkan verirmi?” sualına Hafiz Hacıyev belə cavab verib:

“Yox vallah mən o formada dayana bilmərəm. Yalandan deyim ki, dayanaram düz olmaz. Mənim səhhətim ona imkan vermir. Digər tərəfdən, o işlə də məşğul olmamışam”.

7Time.az