Siyasət

Nərgiz Qurbanova yeni vəzifəyə təyin edildi – SƏRƏNCAM

Nərgiz Qurbanova yeni vəzifəyə təyin edildi – SƏRƏNCAMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Nərgiz Akif qızı Qurbanovanın Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması ilə bağlı sərəncam imzalayıb. 

7times.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Nərgiz Qurbanova Azərbaycanın Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, N. Qurbanova 1975-ci ildə anadan olub. O, 2001-2010-cu illərdə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb.2004-2007-ci illərdə Azərbaycanın Avstriyadakı Səfirliyinə, 2010-2013-cü illərdə isə Azərbaycanın Birləşmiş Ştatlardakı Səfirliyinə ezam olunub.

Səfir ailəlidir, bir oğlu var.