Dünya

Nigeriyada kəndə silahlı hücum: 58 nəfər öldürüldü

Nigeriyada kəndə silahlı hücum: 58 nəfər öldürüldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigerin qərbində naməlum silahlı şəxslərin Mali ilə sərhəd yaxınlığında yerləşən kəndə hücumu nəticəsində azı 58 mülki şəxs öldürülüb.

7times.az “RİA Novosti”yə istinadən xəbər verir ki, silahlılar kənd sakinlərini onları dəstəkləməyə məcbur edirlər.

Hadisədən sonra sərhəd təhlükəsizliyi gücləndirilib. Hücum ölkədə keçirilən prezident seçkilərinin ilk turunun nəticələri elan olunduğu gün törədilib.

Qeyd edək ki, seçkilərdə keçmiş Xarici İşlər Nazirliyinin başçısı, daha sonra Nigerin Daxili İşlər və Təhlükəsizlik naziri olmuş 61 yaşlı Məhəmməd Bazum liderlik edir. Seçkilərin ikinci turu fevral ayında keçiriləcək.unikal.org