Maraqlı

Nişanlısının notbukunu açan qız nişanı qaytardı – Qeyri-adi səbəb

Nişanlısının notbukunu açan qız nişanı qaytardı – Qeyri-adi səbəbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Reddit” istifadəçisi nişanlısına köhnə noutbukunu hədiyyə etməsi ilə bağlı hekayə paylaşıb. Qız orada sevgilisinin erotik rol oyunlarını sevdiyi bir vaxtda yazdığı mətnləri olan sənədlər tapdı. Bəyin gizli asılılıqlarını öyrəndikdən sonra qız oğlanın psixoloqa baş çəkməsini tələb etdi və ondan imtina etdikdən sonra evlənmək fikrindən daşınaraq nişanını ləğv etdi.

Milli.Az bildirir ki, hekayənin qəhrəmanının dediyinə görə, bir dəfə nişanlısının kompüteri xarab olanda ona köhnə noutbukunu verib. Az sonra qız ondan uzaqlaşıb, bir həftə sonra isə zəng vuraraq bəydən valideynlərinin evinə gəlməsini istəyib. “Mən düşünürdüm ki, kimsə öldü və ya ciddi bir şey baş verdi”, – oğlan dedi.

Oğlan gələndə, iki böyük bacısı, atası, anası və gəlini onu gözləyirdilər. Məlum olub ki, qız noutbukdan istifadə edərkən erotik onlayn rol oyunları oynadığı vaxta aid qeydləri ehtiva edən köhnə sənədlər tapıb. “Qeydlərdə qadınların cinsi əlaqəyə məcbur edilməsi ilə bağlı fantaziyalar təsvir olunub və bu, nişanlımı şoka salıb. O, faylı bağlamaq əvəzinə sənədləri araşdırmağa davam etdi”, – oğlan əlavə edib.

Nəticədə oğlana bildiriblər ki, o gərək psixoloqa müraciət etsin. Oğlan bundan imtina etdi və yaxınlarına fantaziya ilə reallıq arasındakı fərqi başa düşdüyünü izah etməyə çalışdı. “Mən həqiqətən qadınları incitmək və ya onları ovlamaq istəmirəm”, – o dedi.Sonra qız nişanlısının erotik hekayələrindən birini oxumağa başladı, bundan sonra oğlan tələsik valideynlərinin evini tərk etdi. Nəticədə sevgililər nişanı pozmağa qərar verdilər: qız iddia etdi ki, o, psixoloqa gedənə qədər sevgilisi ilə ola bilməz, oğlan isə qeydləri qohumlarına göstərdiyi üçün onu bağışlaya bilmir. Bundan əlavə, hadisədən sonra bütün ailə oğlandan uzaqlaşıb.