Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən Nohur gölündə daşma riski yaranıb.
Bu barədə 7Times.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, güclü yağıntılar səbəbindən gölün daşma riski nəzərə alınaraq hazırda Nazirliyin Şimal-qərb Regional Mərkəzinin qüvvələri tərəfindən göldə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
Follow @7timesaz