Ölkə

Növbəti üç günün havası ilə bağlı xəbərdarlıq! – Leysan olacaq

Növbəti üç günün havası ilə bağlı xəbərdarlıq! – Leysan olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir.

 

7Times.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

 

Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.