Mədəniyyət

“Novruz Qartalın problemlərinin həlli imkanlarımız xaricindədir” – Mədəniyyət Nazirliyi

“Novruz Qartalın problemlərinin həlli imkanlarımız xaricindədir” – Mədəniyyət Nazirliyibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl onkoloji xəstəlik səbəbindən əməliyyat olunan Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Novruz Qartalın vəziyyəti ağır olaraq qalır.

7times.az xəbər verir ki, bunu əks etdirən foto sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə bağlı Qafqazinfo Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, Əməkdar artistin səhhətində yaranan problemdən xəbərləri var:

“Təəssüf hissi ilə bildiririk ki, sənət adamlarının sosial təminat məsələlərinin, eləcə də mənzil problemlərinin həlli Mədəniyyət Nazirliyinin imkanları xaricindədir. Biz uzun illər bu sahədə çalışan, zəhmət çəkən insanların əziyyətini imkan daxilində qiymətləndirməyə çalışırıq. Bilirsiniz ki, hazırda kirayədə yaşayan, səhhətində problem olar bir çox sənətçilərimiz var”.

Daha əvvəl Novruz Qartalın həyat yoldaşı Zərqələm Əliyeva saytımıza açıqlamasında sənətkarın kirayədə, ehtiyac içində yaşadığını bildirmişdi.