Siyasət

O villalardan biri rüşvətxor məmura məxsusdur – Azərbaycan Prezidenti

O villalardan biri rüşvətxor məmura məxsusdur – Azərbaycan Prezidentibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Düşmən Şuşada bir daşı daş üstə qoymayıb, bir bina tikməyib. Özləri üçün bir neçə villa tikdirib. Villanın biri o xunta başçısına, biri isə deyilənə görə, Ermənistan rəhbərliyində təmsil olunan zəngin, rüşvətxor məmura məxsusdur”.

7times.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.

Prezident bildirib mənfur düşmən 28 il ərzində Şuşada həmin villalardan başqa bir dənə də bina tikməyib.

“Yollar bərbad, binalar dağılmış, hər tərəf xozanlıq, zir-zibil, çirkin köşklər. Olan-qalanı da dağıdıblar. Bir daşı daş üstə qoymayıblar, ancaq istismar ediblər. Bundan sonra gəlib deyirlər ki, Şuşa erməni şəhəridir, onun adını da dəyişdirməyə cəhd ediblər”.