Ölkə

“Oğlum hələ evə gəlməyib, gələn kimi qurban kəsəcəm” – Səlim Müslümovun atası

“Oğlum hələ evə gəlməyib, gələn kimi qurban kəsəcəm” – Səlim Müslümovun atasıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Oğlumu hələ görə bilməmişəm. Bakıda xəstəxanadadır. Kənddə, evimdə oğlumu səbirsizliklə gözləyirəm. Onun azadlığına qurban kəsəcəm”.

Bunu Gündəm.az-a açıqlamasında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun atası Yanvar Müslümov deyib.

Y.Müslümov qeyd edib ki, oğlunun azadlığa buraxıldığı gün onun ən xöşbəxt günü olub:

“Mənim 80 yaşım var. Güclə gəzirəm, danışıram. Biləndə ki Səlimin səhhəti ağırdır, bu mənə pis təsir etdi. Şükür Allaha, onu azadlığa buraxdılar. Mənim oğlum ziyalı, tərbiyəli insandır. O heç vaxt əyri işlər görməz. Ona qarşı irəli sürülən ittihamlara inanmıram”.

Sabiq nazirin atası hazırda evində oturub oğlunun yolunu gözlədiyini bildirib: “Hələ xəstəxanadadır. Evə buraxmayıblar. Yəqin yaxın günlərdə gələcək. Onu görəndən sonra dünyadan rahat köçə bilərəm”.

Xatırladaq ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilmişdi. Sabiq nazir bir neçə gün öncə səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi.