Ölkə

Ölkəmizdə qadınların sayının kişilərdən çox olduğu QURUMLAR

Ölkəmizdə qadınların sayının kişilərdən çox olduğu QURUMLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda qadınların sayının kişilərdən çox olduğu qurumlar açıqlanıb. Statistikaya görə, səhiyyə, təhsil və elm sahəsində çalışan qadınlar üstünlük təşkil edir.

7Times.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.

Hesabatda bildirilib ki, Elm və Təhsil Nazirliyinin Aparatında çalışan 190 nəfərdən 97-si qadın olub. Nazirliyin strukturunda rəhbər vəzifələrdə çalışan kişilərin sayı 30, qadınların sayı isə 6 nəfər təşkil edib.

Qeyd olunub ki, dövlət təhsil müəssisələrində ümumi təhsil üzrə direktor vəzifəsində çalışanların 1478-i qadın, 1952-si kişi olub. Direktor müavinləri arasında isə qadınlar üstünlük təşkil edib. Belə ki, 2577 qadın, 1529 kişi direktor müavini çalışır.

Ali təhsil müəssisələrində 53 rektordan 5-i qadın olub. Fakültə dekanları arasında 53 qadın, 112 kişi yer alıb. Kafedra müdirləri arasında isə 248 qadın, 445 kişi olub.

Qeyri-dövlət təhsil müəssisələrində ümumi təhsil üzrə 18 qadın və 16 kişi direktor çalışır. Direktor müavinləri arasında isə 87 qadın, 37 kişi yer alıb.

Məlumata əsasən, Azərbaycan Milli Elmlər Akademiyasında çalışanların ümumi sayı 2954 nəfər olub. Onlardan 1977-si qadın, 977-si kişi olub.

AMEA-da rəhbər vəzifədə işləyən şəxslərin sayı 259 nəfər təşkil edib ki, onların 203-ü qadın olub. Akademiyanın 56 həqiqi üzvündən 7-si, 84 müxbir üzvündən isə 9-u qadındır.

Sənədə görə, Humanitar Elmlər Bölməsində 730 qadın, 172 kişi çalışır. İctimai Elmlər Bölməsində isə 547 qadın, 275 kişi yer alıb.

Hesabatda bildirilib ki, Səhiyyə Nazirliyinin Aparatı üzrə işçilərin 61%-ni qadınlar, 39%-ni kişilər təşkil edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində çalışan 355 nəfərin 205-i qadın, 150-si kişi olub.

TƏBİB-də çalışan işçilərin 55%-ni qadınlar, 45%-ni kişilər təşkil edib.

Mədəniyyət Nazirliyində ümumi işçilərin sayı üzrə 64 qadın, 60 kişi çalışır. Rəhbər vəzifələrdə isə 21 kişi, 18 qadın yer alıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində 14 qadın, 15 kişi çalışır. Rəhbər vəzifələrdə çalışanların 4-ü qadın, 7-si kişi olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində çalışan 74 nəfərin 52-si qadın, 22-si kişi olub. Rəhbər vəzifədə çalışanların 12-si qadın, 6-sı kişi təşkil edib.

Hesabatda həmçinin Dövlət Statistika Komitəsində çalışanların gender bölgüsü də açıqlanıb.

Bildirilib ki, Dövlət Statistika Komitəsinin Aparatında çalışan 305 nəfərin 171-i qadın, 134-ü kişi olub.