Ölkə

Operativ Qərargah məlumat yaydı

Operativ Qərargah məlumat yaydıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 033 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7Times.az-a verilən məlumata görə, sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 550, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 483 nəfərdir.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 7 371 182, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 418 214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 952 968 təşkil edir.