Qarabağ

Ordumuz Qarabağda bu istiqamətdə yeni ərazilər GERİ QAYTARDI – Rusiya TƏCİLİ AÇIQLAMA YAYDI

Ordumuz Qarabağda bu istiqamətdə yeni ərazilər GERİ QAYTARDI – Rusiya TƏCİLİ AÇIQLAMA YAYDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ordusu Ağdərə istiqamətində irəliləməyə davam edir.

7Times.az  Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi bülletenində yer alıb.

Məlumata görə, Tərtər rayonunun Yarımca kəndi ərazisində Azərbaycan ordusunun irəliləməsi qeydə alınıb.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatlarda da ordumuzun Ağdərə yüksəklikləri istiqamətində irəlilədiyi qeyd edilirdi. Məlumata əsasən, ötən ilin aprelindən indiyədək təkcə Ağdərəyə gedən yolda bir güllə belə atılmadan qanunsuz silahlı dəstələrin təxminən 13 postu boşaldılıb.

Qeyd edək ki, Yarımca kəndi əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub, rayonun ləğv edilməsindən sonra Tərtər rayonuna birləşdirilib.