Cəmiyyət

Ötən gün 30 minə yaxın şəxs peyvənd olunub

Ötən gün 30 minə yaxın şəxs peyvənd olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada 28635 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 11633 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 17002 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 186292 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1054414 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 808878 nəfərdir.