“Qucaqdakı bu körpə Aybəniz Haşımovadır. O Aybəniz Haşımova ki, bu gün onun 55 yaşı tamam oldu! Mən o qızı cox yaxşı tanıyıram. Hətta hər günü, hər anı, hər yaşadıqlarını həmin gün kimi xatırlayır, hiss edirəm. Çünki onun hər addımının şahidiyəm”.
OLAY yazır ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova öz doğum günü ilə bağlı etdiyi paylaşıma yazıb.
O, izləyiciləri bölüşdüyü uşaqlıq fotosuna baxaraq kövrəldiyini bildirib: “Bir anlıq sanki, yer üzündən qopub kecmişə, o, illərə, atalı, anamın telimə sığal cəkdiyi, bacım Şahnaz xanımın saçlarıma ağ lent bağladığı 1-ci sinfə apardığı, “məni burada tək qoyub getmə” deyib ağladığım günlərə qayıtmaq, atamın hər gəlişində sevinc dolu qarşısına qaçaraq “atam gəldi” dediyim günlərə getmək, dönmək istəyirəm.
O illər axıtdığım göz yaşlarım bilməzdim ki, ömrümün ən xoş sevinc göz yaşları, günləri imiş.
İllər ötdü, o qız böyüdü. Sevinci, dərdi də, özü ilə bərabər böyüdü. O təmənnasız olan Allah sevgisi ilə böyüdü. Yəqin ki, elə Allah da onun əvəzində ona xalq sevgisini əsirgəmədi.
Kim bilərdi ki, bu körpə sizin sevdiyiniz və sizi canı qədər sevən qız olacaq. Bəlkə də cox irəli getdim. Elədirsə, üzrlü sayın. Biraz ərköyünləşdim deyəsən axı… Hamsı 55-dəndir.
Verdiyiniz təmənnasız sevgiyə görə sizə sonsuz minnəttdaram, əziz, sədaqətli musigisevər xalqımız və sədaqətli dostlarım.
Qoşan Mübarək Aybəniz!”