Aktual

Paşinyanın içib yallı getdiyi yerdə qalanan TONQAL…

Paşinyanın içib yallı getdiyi yerdə qalanan Tonqal…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəhrəman Azərbaycan əsgərinin qanı, canı bahasına işğaldan azad edilən müqəddəs Şuşamızda bu gün Ali Baş Komandan İlham Əliyev bayram tonqalı qaladı. Bu tarixi, bir o qədər də əlamətdar hadisədir.

7times.az xəbər verir ki, bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Şuşada, Cıdır düzündə Novruz tonqalını yandırması haqda danışarkən deyib.

Politoloq qeyd edib ki, Şuşanın Azərbaycanın milli ruhunu qoruyan şəhərdir:

“Diqqət etsəniz, ölkə başçısı Şuşa ilə bağlı hər incə detala, ən həssas məsələyə toxunur. Şuşa şəhərində bayram tonqalının qalanmasının özündə ehtiva etdiyi məna çox dərindir.

Birincisi, bayram tonqalı Şuşanın Cıdır düzündə qalandı. O Cıdır düzü ki, iki il öncə orada Ermənistanın məğlub, zəif, aciz Baş naziri Nikol Paşinyan qondarma qurumun yalançı nümayəndələri ilə sərxoş halda rəqs edirdi. Bu gün isə cənab Prezidentin həmin yerdə ailə üzvləri ilə birlikdə bayram tonqalı yandırması başda Paşinyan olmaqla, bütün işğalçı xuntaya verilən açıq mesajdır. Şuşanın əsl sahibi artıq buradadır. Şuşa Azərbaycandır!

İkincisi, ölkə başçısı bayram tonqalı zamanı ənənəvi olaraq çıxış etdi. Bu çıxışda xüsusilə bundan sonra Şuşada görüləcək işlər və verdiyi tapşırıqlardan bəhs etdi. Bu da ondan xəbər verir ki, ölkə başçısı Şuşaya arzuladığımızdan da çox diqqət verir. Bu şəhər işğaldan sonra nahaq yerə ölkənin mədəniyyət paytaxtı elan edilməyib.

Üçüncüsü, ölkə başçısı maraqlı bir ənənənin əsasını qoydu. Düşünürəm, hər il ilk bayram tonqalının Şuşada qalanması maraqlı bir ənənə ola bilər”.