Siyasət

Paşinyanın şparqalkasında nələr vardı? – VİDEO

Paşinyanın şparqalkasında nələr vardı? – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya işgüzar səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə erməni rəqibləri üçün lağlağı obyektinə çevrilib.

7times.az xəbər verir ki, Serj Sərkisyanın rəhbərlik etdiyi Respublika partiyasının sədr müavini Armen Aşotyan Paşinyanın Rusiya prezidenti ilə görüşündən bəhs edən videokadrları “sərf-nəzər” edib. Onun sözlərinə görə, həmin videodan görünür ki, Ermənistanın baş naziri Paşinyan strateji müttəfiqləri ilə münasibətlər çərçivəsində, hətta ikitərəfli hərbi əməkdaşlıq formatını, hərbi-texniki adları xatırlamır və dəqiq bilmir. Bu mənada o, N.Paşinyanın tez-tez “şparqalka”ya baxmasını irad tutaraq, onu ələ salıb, hətta kobud ifadələrlə aşağılayıb.

O, “bu cahil və səliqəsiz avara” adlandırğı N.Paşinyanın hələ də Ermənistanı və erməni xalqını təmsil etməsini utancverici sayıb. Kadrlardan da görünür ki, baş nazir doğrudan da səliqəsiz əyləşib və pencəyinin bir hissəsi kreslonun üstünə aşıb. A.Aşotyan N.Paşinyanın prezident Putinlə görüşü zamanı 4 dəqiqə 37 saniyəlik çıxışında 10 dəfə “şparqalka”ya baxmasına da diqqət çəkib və heyrətini ifadə edib.

yenisabah.az