Ölkə

Pensiyalar bu tarixdən artımla ödəniləcək

Pensiyalar bu tarixdən artımla ödəniləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fevralın 1-dən minimum pensiyalar 320 manata çatdırılır və bu, 14 % artım deməkdir”.

7Times.az  xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov DOST TV-nin efirində deyib.

O bildirilib ki, Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən sahələrdə çalışan şəxslərin də əməkhaqqının artırılması nəzərdə tutulub.

“Yanvarın 1-dən əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əməkhaqqının orta tempinə uyğun indeksləşdirilir. Bu indeksləşmə də nəzərə alındıqda minimum əməkhaqqının arıtırılması, pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min insanı əhatə edəcək. Proqnozlarımıza görə, 1 milyondan artıq insan bundan yararlana biləcək. 2018-ci ildə müavinət və təqaüdlərin maliyyələşdirilməsi xərci 430 milyon manat civarında idi. Bu rəqəm 2024-cü ilin sonunda 2 milyard manata çatıb. Burada 5 dəfəlik artım var”, – deyə sədr qeyd edib.