Türkiyə təhlükəsizlik qüvvələri Şimali İraqda PKK terror təşkilatının alman vətəndaşı olan daha bir üzvünü zərərsizləşdirib.
“AzPolitika.info” xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Qara dağında həyata keçirdiyi hava əməliyyatında alman əsilli qadın terrorçu Eva Maria Steigerin öldürüldüyü məlum olub.
Suriyanın şimalında PKK-YPG sıralarında İŞİD-ə qarşı döyüşlərdə iştirak edən alman terrorçunun Kobanidəki silahlı terror fəaliyyətlərindən sonra Şimali İraqa keçdiyi öyrənilib. Alman terrorçunun PKK-nın qadın təşkilatının əsas adlarından biri olan “Zozan Çevlik” kod adlı Emine Serinyelin yaxın mühafizəçisi olduğu bildirilib.
Qadın terrorçunun alman, ingilis, fransız və italyan dillərini bildiyi, xaricdən gələn nümayəndə heyətlərinin terrorçuların düşərgələrinə səfəri sırasında tərcüməçi kimi fəaliyyət göstərdiyi öyrənilib.
Follow @7timesaz