Manşet

Polis rəisinin özünü güllələyərək öldürməsi ilə bağlı cinayət işi açıldı

Polis rəisinin özünü güllələyərək öldürməsi ilə bağlı cinayət işi açıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə 7times.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Hazırda iş üzrə istintaq davam edir.