Ölkə

Polisdən həftəsonu silah əməliyyatı

Polisdən həftəsonu silah əməliyyatıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis əməkdaşları həftəsonu tapança, avtomat, qumbara və tank mərmisi götürüblər.

 

Bu barədə 7Times.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, martın 9-da və 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 qumbara, 9 tüfəng, 2 patron darağı və 702 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

 

Keçirilən digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 2 tapança, 2 tüfəng, 7 patron darağı və 152 ədəd patron aşkar edilərək götürülüb.

 

Həmçinin, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Şəybək kəndi ərazisindən 1 ədəd avtomat və 2 ədəd tank mərmisi aşkar edilib.