Belarus sərhədi yaxınlığında yerləşən qaçqın düşərgəsindən 100 nəfərə yaxın miqrant qrupu Polşa ərazisinə keçib.
“7times” “TASS”a istinadən xəbər verir ki, hazırda miqrantlar Polşa tərəfindən sərhəddə yaradlan tikanlı hasarın yaxınlığındadırlar.
Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti bu barədə məlumatı təsdiq edib.
Qeyd edək ki, son günlər Polşa və Belarus sərhədində vəziyyət kəskin xarakter alıb. Avropa ölkələri bu miqrant böhranından Belarus tərəfini günahlandırırlar. Belarus isə öz növbəsində miqrant axınının güclənməsində hər hansı rol oynadığını təkzib edir. Hazırda Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyi müzakirə edir.
Follow @7timesaz