Manşet

Prezident: “Azərbaycan və Litvanın biznes subyektləri arasında təmaslara böyük əhəmiyyət veririk”

Prezident: “Azərbaycan və Litvanın biznes subyektləri arasında təmaslara böyük əhəmiyyət veririk”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara böyük əhəmiyyət verdiyimizin təzahürüdür”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında deyib.

“Hesab edirəm ki, Prezident Nauseda ilə əməkdaşlığımız üçün çox güclü bünövrə qoymuşuq, çox fəal siyasi dialoq qurmuşuq. Artıq söylədiyim kimi, biz ötən ilin mayında Bakıda görüşdük. Sonra bu ilin yanvarında Davosda görüş keçirdik. İndi isə Vilnüsdə görüşürük. Bu, həqiqətən əməkdaşlığımızın dinamik xarakterini göstərir. İndi isə biznes icmaları üçün qarşılıqlı surətdə faydalı və məhsuldar əməkdaşlığı ehtiva edən uzun perspektivli plan üçün vaxt yetişib”, – deyə dövlətimizin başçısı bildirib.