Siyasət

Prezident: “Minlərlə laçınlı bu il öz doğma diyarına qayıdacaq”

Prezident: “Minlərlə laçınlı bu il öz doğma diyarına qayıdacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minlərlə laçınlı bu il öz doğma diyarına qayıdacaq”.

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı söyləyib ki, Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir: “Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur”.

Çoxmərtəbəli səkkiz yaşayış binasının yenidən qurulduğunu, 30-dan çox ictimai binanın inşa edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, bütün bu işlər ilin sonuna qədər başa çatdırmalıdır: “Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar”.