Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
7times.az-ın məlumatına görə, təltif edilənlər arasında Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyev də var. Sərəncama əsasən, o, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Vəli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin qardaşıdır.
Follow @7timesaz