Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov sosial şəbəkədə “Aghdam City Hotel”in Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldığı görüntüləri paylaşıb.
7Times.az xəbər verir ki, Prezidentin xüsusi nümayəndəsinin 15 İyun – Qurtuluş Günü münasibətilə paylaşdığı yazıda qeyd olunub:
“Bu gün 15 İyun – Milli Qurtuluş Günüdür. Bu münasibətlə doğma Ağdamımız şanlı bayrağımızın rənglərinə boyanıb! Xalqımızı bu şərəfli gün münasibətilə təbrik edir, müstəqilliyimizin əbədi olmasını diləyirik!”.
Follow @7timesaz