Maqazin

“Pulu verirsən, gedib kef edirlər” – Röya

“Pulu verirsən, gedib kef edirlər” – Röyabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Röya Ayxan gəlin-baldız münasibətlərindən danışıb. O qardaşı İsmayılın evliliyinindən də söz açıb.

Lent.az xəbər verir ki, müğənni “Deməsəm olmaz” proqramına açıqlamasında gəlin-baldız münasibətindən söz açıb:

“Mənim üçün birinci ailəmdir, sonra özüm. Anama da demişəm ki, ayrı yaşamaq yaxşıdır. Baldızlıq edən adam deyiləm. Mən pis yox, yaxşı insanam. Gəlin 8 ildir İsmayılın yanındadır. Əgər 8 ildə bizim aramızda olub və heç bir problem yaşamamışıqsa, bundan sonra da yaşanmaz. Gəlinlər qayınanadan, baldızdan uzaq yaşamalıdır. Pulu verirsən, gedib kef edirlər. İki nəfərin arasına girmək olmaz, qələt edirəm. O baldızlardan deyiləm. Elə özümdə səhv axtaran lazımdır”.