Dünya

Putin İranla strateji tərəfdaşlıqla bağlı müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb

Putin İranla strateji tərəfdaşlıqla bağlı müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb.

7Times.az TASS-a istinadən xəbər verir ki, saziş Moskva ilə Tehran arasında uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi bazanı müəyyən edir.

Saziş Rusiya və İranın strateji tərəfdaşlar statusunu möhkəmləndirmək məqsədi daşıyır, bütün sahələri, o cümlədən müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiyanı əhatə edir.

APA