Dünya

Putin niyə “hər şeyi razılaşdlıra bilmədik” dedi? – Plan nə idi, nəticə nə oldu?

Putin niyə “hər şeyi razılaşdlıra bilmədik” dedi? – Plan nə idi, nəticə nə oldu?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Soçidə keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin “hər şeyi razılaşdıra bilmədik” açıqlaması ilə çıxış edib.

Maraqlıdır, Putinin görüşdən öncə Kreml sahibinin əsas niyyəti nədən ibarət idi və bu narazılıq hansı ölkə lideri ilə görüşdən sonra yarandı?

Məsələ ilə bağlı Sfera.az-a danışan millət vəkili Cavid Osmanov Prezident İlham Əliyevin sözügedən görüşdən uğurlu çıxdığını diqtə edib:

“Soçidə keçirilən üçtərəfli görüş əvvəlcədən proqnozlaşdırıldığı qədər gərgin atmosferdə keçdi. Görüşdən öncə Ermənistan tərəfindən növbəti təxribatların törədilməsini gördük. Birincisi, Xankəndidə süni qaydada Ermənistanın digər ərazilərindən gətirilmiş ermənilər vasitəsilə mitinq təşkil olundu və onlar bildirdilər ki, Azərbaycanın tərkibində yaşamaq istəmirlər. Onlar bununla görüş öncəsi təzyiq göstərmək istəyirdilər. Ermənistanın hakim partiyasının iclasında Nikol Paşinyan da bir sıra absurd açıqlamalar vermişdi. Xüsusi qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı və diplomatik məharəti nəticəsində  Azərbaycan növbəti dəfə diplomatik uğur qazandı. İlham Əliyev Rusiya prezidenti ilə görüşündə münaqişənin iki il əvvəl həllini tapdığını və bitdiyini səsləndirdi. İstər Soçi görüşündən əvvəl  “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirilən fikirlər, istərsə də Xankədi mitinqində səsləndirilən şüarlar təzyiq forması idi və nəticəsiz qaldı. Rusiya prezidentinin “münaqişəni həll etmək vaxtıdır” sözlərinə Azərbaycan liderinin diplomatik cavabı ölkəmizə qarşı hazırlanmış Soçi planının alt-üst etdi”.

C.Osmanov Rusiya dövlət başçsının yekun fikrini isə belə şərh edib:

“İmzalanmış sənəddə də Qarabağ ifadəsi yer almayıb. Bu, bir daha göstərdi ki, Prezidentin milli maraqlara uyğun göstərdiyi siyasət öz nəticəsini verdi. Burada prioritet istiqamət Azərbaycan tərəfindən təqdim olunmuş beş baza prinsip üzərində formalaşmışdı. Düşünürəm ki, Rusiya prezidentinin yekunda səsləndirdiyi fikir də bunu təsdiqləyir. Bu günə qədər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bəzi maddələri Ermənistan tərəfindən icra olunmayıb. Rusiya Ermənistana təzyiq göstərməlidir ki, imzalanmış üçtərəfli bəyanatda Ermənistanın öhdəliyində olan maddələr icra olunsun. Ümumilikdə üçtərəfli görüş sülhə gedən yolu bir qədər də yaxınlaşdırmış oldu”.