Aktual

“Putin noyabrda sülh müqaviləsi təklif edəcək” – “Ukraynanın iki seçimi olacaq”

“Putin noyabrda sülh müqaviləsi təklif edəcək” – “Ukraynanın iki seçimi olacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rus ordusunun Ukraynanın cənubundakı uğursuz hərbi əməliyyatları və Kiyevin Qərb tərəfdaşlarının birliyi Vladimir Putini danışıqlar masasına qaytaracaq. Putin noyabr ayında Ukrayna ilə sülh danışıqlarına başlaya bilər. Ancaq bütün bunlar Ukrayna ordusunun Xerson vilayətində strateji üstünlük əldə edəcəyi təqdirdə mümkün olacaq”.

“AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, bunları britaniyalı jurnalist Timoti Eş öz yazısında iddia edib.

Onun sözlərinə görə, Putin NATO üzərindəki təsir imkanlarından tam məhrum olmamaq üçün, Qərb və Ukraynayla danışıqlara gedəcək: “Çox güman ki, bu, qışa qədər baş verəcək. Çünki Rusiyanın hərbi potensialı xeyli tükənib və hücum tempi zəfləyib”.

Eşin fikrincə, hər şey Xerson uğrunda gedən döyüşdən asılı olacaq: “Xerson uğrunda döyüş yaxın bir neçə ay ərzində başa çatacaq və Putin noyabrda Ukraynaya bir növ sülh müqaviləsi təklif edəcək. Ukraynanın iki seçimi olacaq. Onlar ya sülh müqaviləsi ilə razılaşacaqlar, ya da mübarizəni davam etdirəcəklər. Hesab edirəm ki, Ukrayna Zaporojye və Xerson vilayətini geri qaytaranadək mübarizəni davam etdirəcək”.

“Minsk-1 və Minsk-2 müqavilələrinin şərtlərlərindən fərqli olaraq, yeni saziş ya bərabərhüquqlu, ya da Ukrayna tərəfinin üstünlüyü ilə bağlanacaq. Bu, ilk növbədə, hər iki tərəfin hərbi qüdrətinin 2014-cü ildəkindən əhəmiyyətli dərəcədə fərqlənməsi ilə əlaqədardır. Hazırda Ukrayna Qərbin dəstəyi ilə lazımi silahları alıb və ümumi hərbi dinamikada üstünlüyə malikdir”,- deyə o, bildirib.