Aktual

Putinin şok planı: Sağ qalsa, bu ölkələri ələ keçirəcək

Putinin şok planı: Sağ qalsa, bu ölkələri ələ keçirəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya prezidentinin iştahası artır. Bir neçə Avropa ölkəsi potensial qurban ola bilər. Vladimir Putin Ukraynaya qarşı müharibə ilə məhdudlaşmayacaq. O digər ölkələri, o cümlədən NATO üzvlərini ələ keçirməyə cəhd edə bilər”.

Yenisabah.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə ABŞ diplomatı Robert Pirson “The Hill” də dərc olunan məqaləsində bildirib.

Diplomatın sözlərinə görə, Putin Rusiya imperiyasının sərhədlərini bərpa etməyə çalışır.

Pirson qeyd edib ki, Putinin potensial qurbanlar siyahısına təkcə Estoniya, Latviya  və Litva deyil, həm də Polşa, Slovakiya, Macarıstan, Bolqarıstan və Moldova daxildir.

“Bilirik ki, Putin sağ qalsa, o, Rusiyanın Qərbdəki hərbi mövcudluğunu mümkün qədər gücləndirmək üçün əlindən gələni edəcək. O, Minski Moskvaya daha çox tabe olmağa sövq edəcək”.

Diplomat hesab edir ki, NATO-nun əsas vəzifəsi Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatdıqdan sonra Avropa üçün yeni təhlükəsizlik sistemi ilə bağlı qərar verməkdir. Eyni zamanda, sanksiyalar Putin qoşunlarını Ukraynadan çıxarmağa sövq etməsə, ABŞ və ya Alyansın qələbəsi olmayacaq. Belə olan halda Avropa və ABŞ başa düşməlidir ki, müdafiə olunmaq kifayət deyil.