Siyasət

“Qalib Azərbaycan özünü qalib kimi göstərməlidir” – Sarkisyan

“Qalib Azərbaycan özünü qalib kimi göstərməlidir” – Sarkisyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan qalib tərəf kimi özünü qalib kimi göstərməlidir”.

7times.az xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Armen Sarkisyan RBK kanalına müsahibəsində deyib.

O, əsirlərin qaytarılması ilə bağlı danışarkən qeyd edib ki, 2020-ci ildə Qarabağda müharibədən sonra əsirlərin azad edilməsi ilə bağlı beynəlxalq strukturlara (BMT, Aİ, NATO) müraciətlər nəticə vermir. Onun sözlərinə görə, Azərbaycan qalib tərəf kimi özünü qalib kimi göstərməlidir.

O, utanmadan ağ yalan danışıb. “1994-cü ildə Birinci Qarabağ müharibəsində qələbədən sonra bütün hərbi əsirləri qaytarmışıq. Azərbaycan isə həm beynəlxalq təşkilatlara, həm də təkcə Ermənistanın deyil, digər ölkələrin də xahişlərinə məhəl qoymur”, -deyib.

Moskvanın əsirlərin qaytarılmasında mümkün köməyi barədə suala Sarkisyan belə cavab verib: “Rusiya həmişə hər şeydə kömək edir”. KONKRET.az