Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində azyaşlı evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə 7Times.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə pəncərənin dəmir barmaqlığını kəsərək birmərtəbəli fərdi yaşayış evinə daxil olmuş və nəzarətsiz qalan 2020-ci il təvəllüdlü azyaşlını xilas ediblər.