Ölkə

“Qarşımızda nəhəng rəqib olsa da…” – Tahir Gözəl

“Qarşımızda nəhəng rəqib olsa da…” – Tahir Gözəlbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın “Bayer” klubu ilə görüşəcək.

7Times.az  klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl Bakıda təşkil olunan vacib konfransa qatıldığı üçün Leverkuzendə keçiriləcək matça yollanmayıb.

Bakıda olan klub prezidenti komandaya uğurlar arzulayıb: “Qurban Qurbanov və bütün futbolçulara uğurlar arzulayıram. Bakıda keçirilən oyunda qeydə alınan 2:2 hesablı heç-heçə göstərir ki, qələbə üçün gücümüz, imkanımız var. Qarşımızda çox nəhəng komanda var. Amma nəticədən asılı olmayaraq, “Qarabağ”ın öz oyununu, öz gücünü göstərməsi, nümayiş etdirdiyi futbolla alqış qazanması vacibdir”.

Tahir Gözəl “Qarabağ”dan əzmkar mübarizə gözlədiyini vurğulayıb: “Tarixi gündə möhtəşəm mübarizədə qarşımızda nəhəng rəqib olsa da, özünə inanan, güclü “Qarabağ” var. Komandamız mübariz ruhunu, əzmkarlığını göstərməlidir. Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur. Əsas böyük ürəyin, mübarizliyin olmasıdır. Azarkeşlər, bizi sevənlər, bütün Azərbaycan görməlidir ki, meydanda iki böyük komanda mübarizə aparır”.

Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Fanat.Az