Aktual

“Qazilərə 40 manat qıymırlar, deputatlar nə önəmli insan olublar ki?” – Partiya sədrindən maaş artımına REAKSİYA

“Qazilərə 40 manat qıymırlar, deputatlar nə önəmli insan olublar ki?” – Partiya sədrindən maaş artımına REAKSİYAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük müharibədə canını qoyub qazi adı alan insanlara 40-50 manat pul qıymırlarsa, deputatların maaşı niyə artmalıdır ki?”.

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatlarının maaşlarının artması ilə bağlı məsələyə münasibət bildirərkən  Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. O, millət vəkillərinin insanları qıcıq etdiyini deyib:

“Deputatlar qazilərdən daha önəmlidir? Onların hamısının xaricdə, eləcə də ölkədə varidatları var. Xalqın qayğısına qalmaq lazımdır. Müəllimlərin, həkimlərin əməkhaqları artırılmalıdır. Ölkədə işsizlik baş alıb gedir. Pensiyanı 5-10 manat artırmaqla vəziyyəti düzəltmək olmur, qiymətlər günü-gündən qalxır. Milli Məclisin xalqdan xəbəri olmadığı üçün belə yollara əl atır. Bu cür addımların atılması ilə millətin hissiyatı ilə oynayırlar, xalqı qıcıqlandırırlar. Bu qərarın axırı yaxşı olmayacaq”.

Partiya sədri millət vəkillərinin bizneslə məşğul olduğunu qeyd edib:

“Prezident də məmurları, dövlət işçilərini həmişə xalqla birlikdə olmağa, xalqa xidmətə çağırır. Lakin bu insanlar xalqa xidmət yox, xəyanət edirlər. Deputatların hamısı əsasən öz maraqlarına uyğun təkliflər səsləndirirlər. Onların hərəsinin ayrıca olaraq fabriki, xaricdə obyekti var. Bir deputat texnika biznesi ilə məşğuldur, biri də dərman biznesi ilə məşğuldur. Ona görə də camaatın maddi vəziyyəti onlara maraqlı deyil”.

Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliklər Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.