Qəbələ rayonunun Həzrə kəndində yerləşən tarixi qəbiristanlıqdakı 4 türbə və 4 sənduqə tarix-mədəniyyət abidəsi dağılmaq təhlükəsi üzləşib. Bununla bağlı kənd sakinləri 7Times.az-a bildiriblər. Sakinlər bildirir ki, qəbristanlıq XI-XII əsrlərə aiddir. Lakin hazırda baxımsız vəziyyətdə qalıb.
Məsələylə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurumdan 7Times.az-a bildirilib ki, sözügedən qəbiristanlıq dövlət qeydiyyatındadır və yerli sakinlər arasında ibadət yeri kimi tanınır:
“Tarixi abidələrin yerləşdiyi ərazi daim nəzarətdə saxlanılır. Qəbiristanlıqda həm mühafizəçilər, həm də yerli sakinlər tərəfindən mütəmadi təmizlik işləri görülür. Türbələr ətrafında abadlaşma işlərinin aparılması isə investisiya layihələrin siyahısına daxil edilib”.