Cəmiyyət

Qəhrəman əsgərimizi TANIYAQ

Qəhrəman əsgərimizi TANIYAQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun həqiqi hərbi qulluqçusu Gizir Binyatov Elxan Kərəm oğlu, 12 fevral 1988-ci ildə Xaçmaz rayonunun Sudur kəndində doğulub.

7times.az xəbər verir ki, o, 2010-cu ildən gizir kimi Beyləqan rayonu ərazisində olan “N” saylı hərbi hissədə xidmət edir.

Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılıb. Elxan Binyatov; Füzuli, Hadrut, Zəngilan, Qubadlı, Laçın uğrunda gedən ən ağır döyüşlərdə savaşıb. Laçın uğrunda gedən döyüşlərdə minaatan qəlpəsindən yaralanıb.

Qeyd eldək ki, Elxan Binyatov 2016-cı ildə baş vermiş ”Aprel” döyüşlərində də fəal iştirak edib.

Hal-hazırda xidmətini Beylaqan rayonunun ”N” saylı hərbi hissəsində davam etdirir.

7times.az

Müşfiq Qərib