Hərbi

Qəzzadan İsrailə təxminən 7 min raket atılıb, 1 400-dən çox şəxs ölüb

Qəzzadan İsrailə təxminən 7 min raket atılıb, 1 400-dən çox şəxs ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS radikal qruplaşması son iki həftə ərzində Qəzza bölgəsindən İsrailin ərazisinə 6,9 mindən çox raket atıb.

“Report” xəbər verir ki, statistik məlumatı İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, İsrailə 6900-dən çox raket atılıb .

İki həftə ərzində atılan raket və HƏMAS terrorçuları 1400-dən çox şəxsin ölümünə səbəb olub. Ümumilikdə 4 600-dən çox insan yaralanıb, 200-dən çox İsrail və xarici dövlətlərin vətəndaşları girov götürülüb.

Vurğulanıb ki, HƏMAS mindən çox yaraqlısı və onlarla lideri həlak olub.