1 oktyabr 2025-ci il tarixdə 1 Oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 107-ci ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Quba rayon Prokurorluğunun kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.