Region

Qubada tarixi Zəfərimizlə bağlı incəsənət nümunələri sərgilənib – Fotolar

Qubada tarixi Zəfərimizlə bağlı incəsənət nümunələri sərgilənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə həyata keçirilən “Kəndlərdə mədəniyyət günləri” layihəsinin növbəti ünvanı Quba rayonunun Bağbanlı qəsəbəsi olub.

7times.az xəbər verir ki, “Tarixi Zəfərimizin incəsənətdə tərənnümü” mövzusunu əhatə edən layihənin əsas məqsədi bölgədə yaşayıb-yaradan sənət adamlarının tarixi Zəfərimizlə bağlı hazırladıqları incəsənət nümunələrini nümayiş etdirməkdir.
Bağbanlı qəsəbəsində keçirilən tədbirdə incəsənət adamları, bədii kollektivlərlə yanaşı 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər və şəhid ailələrinin üzvləri də iştirak ediblər.

Çıxışlarda şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad etməklə müasir tariximizdə zəfər salnaməsi yaratdığı qeyd edilib.
Bildirilib ki, tarixi Qələbəmizin böyüməkdə olan nəsil tərəfindən öyrənilməsində incəsənət əsərləri mühüm rol oynayır.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov layihə çərçivəsində analoji tədbirlərin bölgənin digər rayonlarında da təşkil ediləcəyini vurğulayıb. Bildirilib ki, belə tədbirlərin keçirilməsi gələcək nəsillərə vətənpərvərlik hissini aşılamaqdır. Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü Ordumuzun sayəsində qələbə qazanıldı.

Çıxışlardan sonra tədbir vətənpərvərlik mövzusunda ifalar, şeirlərlə davam edib, Bağbanlı qəsəbə kitabxana filialının bir neçə fəal oxucusu fəxri fərmanlarla təltif edilib.

Qubanın milli mədəniyyəti və məişətinə aid, həmçinin kitab, rəsm, tətbiqi sənət nümunələrindən ibarət sərgilər nümayiş olunub.
Tədbir “Amil” kəndirbazlar qrupunun bir-birindən maraqlı çıxışları ilə yekunlaşıb.

Müşfiq Qərib