Sağlamlıq

Qulaq tutulmasına qarşı effektiv üsul

Qulaq tutulmasına qarşı effektiv üsulbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüksəkliyə qalxdıqda, təzyiq yüksəldikcə, duş zamanı  qulağa su qaçdıqda, qulaq kirinin içəriyə doğru tıxanması nədəniylə qulaq tutulması baş verir. Eləcə də soyuqdəymə və qripdən sonra, frontit və haymorit, orta qulaq iltihabı zamanı da bu hal yaşanır.

Qulaq tutulmasının qarşısını alacaq təbii qarışım:

1 stəkan qaynamaqda olan suya 1 çay qaşığı qarazirə yağı, 1 çay qaşığı udi hindi tozu, 1 çay qaşığı evkalipt yağı tökürsünüz. Sonra vam odda saxlaylrsınız ki, buxarlanma ast-asta olsun, həm də üzünüzü yandırmasın.  Başınıza dəsmal ataraq bu suyun buxarları ilə 10-15 dəq tənəffüs edirsiniz. Bunu 20 gün nə hər axşam davam etdirin. Qeyd edim ki, sizdə təzyiq fərqi nəticəsində qulaq tutulması baş veribsə saqqız çeynəməklə bunu aradan qaldıra bilərsiniz.

Əgər tutulma ilə yanaşı 5- 7 günü aşan davamlı qulaq ağrısı, qulaq axıntısı, baş dönməsi, qusma və burun qan sızması kimi müşayiət olunan bir əlamət varsa səbəb (qulaq pərdədinin yırtılması, şiş və s) başqa ola bilər, o zaman mütləq müayinə olunun.