Manşet

Qusar Rayon İcra Hakimiyyətində şəhid ailələri və qazilərlə görüş keçirilib – FOTOLAR

Qusar Rayon İcra Hakimiyyətində şəhid ailələri və qazilərlə görüş keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhid ailələri və qazilərlə görüş keçirib.

7Times.az xəbər verir ki, Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhid ailələri və qazilərlə görüş keçirib. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 44 günlük müharibədə əskərlərimizin göstərdiyi şücaətdən, Azərbaycan ordusunun əks-hücuma keçərək işğal altındakı torpaqlarımızı azad etməsindən, son 200 il ərzində ilk dəfə olaraq əzəli düşmən üzərində parlaq qələbənin əldə edilməsindən danışmış, vətən müharibəsi və sonrakı dövr ərzində ölkə başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin özünü dahi ictimai-siyasi xadimdən əlavə, həm də bacarıqlı sərkərdə kimi göstərdiyini xüsusilə vurğulamışdır. Qazanılan qələbədə ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığını, şəhid və qazilərimizin şücaətini ehtiramla qeyd edərək, döyüşlərdə şəhid olmuş vətən övladlarının ruhu qarşısında baş əydiyini, şəhid ailələrinin və qazilərin sosial problemlərinin daim diqqət mərkəzində saxlayacağını bildirmişdir.

İki saat çəkən açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailə üzvlərini və qazilərini narahat edən məsələlər dinlənildi, həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verildi.

Şəhid ailə üzvləri və qazilər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.