Xalq artisti Ramiz Novruz xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
O, APA-ya açıqlamasında bildirib ki, hazırda vəziyyəti yaxşıdır: “Ciddi bir şey olsa belə, hər şey nəzarətdədir. İşə gedirəm. Ayın 30-na tamaşa salıblar.
Evdəyəm, xəstəxanada deyiləm. Evdə dərman qəbul edirəm. Hazırda mədəmdə möhkəm soyuqdəymə olub. Ondan müalicə alıram, vəssalam”.
Qeyd edək ki, ötən gün Xalq artistinin mədə xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilildiyinə dair məlumatlar yayılmışdı.
09:16
Xalq artisti Ramiz Novruzun səhhətində problem yaranıb və təcili xəstəxanaya yerləşdirilib.
Bu barədə aktyorun oğlu Cavidan Novruz məlumat verib.
O bildirib ki, atasına mədə xərçəngi diaqnozu qoyulub.
C.Novruz qeyd edib ki, Xalq artistinin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Hazırda aktyorun vəziyyəti qənaətbəxşdir.
Follow @7timesaz