2024-cü ildən etibarən “Real”ın formasını geyinəcək braziliyalı Endrik “Kral klubu”nu seçməsinin səbəbini açıqlayıb.
Offsideplus.az “Marca”ya istinadən xəbər verir ki, PSJ, “Çelsi” kimi bir çox Avropa klublarının maraqlandığı 16 yaşlı hücumçu “Real”la anlaşmasında Kriştiano Ronaldo və Vinisius Juniorun böyük rolunun olduğunu söyləyib:
“Real” böyük komandadır. Vinisius Junior mənə mesajlar göndərir və ümid verirdi. Kriştiano Ronaldo da həmçinin. O, mənim idolumdur. Kriştiano və Vinisiusa görə “Real Madrid”i seçdim. Düşünürəm ki, doğru seçimdir. Tanrı hər zaman mənim yanımda olub və ən yaxşı yolu seçməyimə yardım edib”.
Qeyd edək ki, “Real” Endrik üçün “Palmeyras”a 72 milyon avro ödəyəcək. Futbolçu 18 yaşı tamam olandan sonra “Real”da çıxış edəcək.
Follow @7timesaz