Helikopter qəzasında ölən İran Prezidenti İbrahim Rəisinin Məşhəd şəhərində dəfn mərasimi başlayıb.
7Times.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, Cənubi Xorasan əyalətinin Bircənd şəhərində keçirilən vida mərasimindən sonra Rəisinin tabutu Məşhədə aparılıb.
İRNA agentliyinin Məşhəd merinə istinadla verdiyi məlumata görə, şəhərin küçələrinə 3 milyona yaxın adam toplaşıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
Follow @7timesaz