Maqazin

Rövşanə Əməkdar artisti verilişə buraxmadı

Rövşanə Əməkdar artisti verilişə buraxmadıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Space səhər” ve

Axşam.az xəbər verir ki, proqrama dəvət olunan Əməkdar artist İlkin Əhmədov efirə gecikib. O, verilişin bitməsinə bir neçə dəqiqə qalmış studiyaya daxil olub.

Verilişin aparıcısı Rövşanə Ağasəfqızı isə ifaçıya əsəbiləşərək onu efirə buraxmayıb:

“Respublikanın Əməkdar artistidir, məsuliyyət sıfırdır. Sənə hörmət edib, əziz bilib dəvət etmişik. Gələ bilmirdinsə, deyərdin zamanım yoxdur. Nə çox müğənni… Efirə çıxmaq üçün ürəkləri gedir.  Bu qədər tıxac olur? Hər kəs səhər 6-dan oyanıb efirə gəlib. Bu, hörmətsizlikdir. Nə haqla efirimizi boş qoyursan? Gələ bilmirdinsə, əvvəlcədən deyərdin. Əməkdar artistsən, ölkənin təmsilçisisən. Səni hörmətli bilib efirə dəvət etmişik. Efirin bitməsinə az qalıb, gəlsən belə studiyaya girməyə ehtiyac yoxdur. Sənə heç vaxt hörmətsizlik etməmişik, illərin aparıcısı burada dayanıb, bir azdan efir bitir. 2 saat İlkin üçün vaxt ayırmışıq, onun 10 dəqiqə qalmış bura gəlməsi lazım deyil”.