Siyasət

Rövşən Əkbərov bu maddələrlə ittiham edilir

Rövşən Əkbərov bu maddələrlə ittiham edilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun hansı maddələrlə ittiham edildiyi məlum olub.

Baş Prokurorluqdan 7times.az-a verilən məlumata görə, R.Əkbərov Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilir.

Ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 12-ci maddəsi Azərbaycan ərazisindən kənarda törədilən cinayətləri tənzimləyir.

İttihama görə, Rövşən Əkbərovun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.