Aktual

“Rus ayısından qaçsanız, türk bozqurdu ilə üzləşəcəksiniz” – Şok mesaj

“Rus ayısından qaçsanız, türk bozqurdu ilə üzləşəcəksiniz” – Şok mesajbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Avropa Birliyinin enerji təhlükəsizliyində əsas oyunçuya çevriləcəyini yazan alman nəşrləri qitə dövlətlərinə “Rus ayısından qaçsanız, türk bozqurdu ilə üzləşəcəksiniz” mesajını veriblər.

7Times.az xəbər verir ki, alman mətbuatında “Avropa tezliklə Türkiyədən daha çox asılı olacaq?” adlı məqalə yayımlanıb.

Məqalədə Türkiyənin geostrateji önəminə diqqət çəkilir:

“NATO-ya qoşulmağın asan olacağını düşünən Finlandiya siyasətçiləri üçün işlər gözlənildiyi kimi getmədi. İndi onlar səbirsizliklə Prezident Ərdoğanın Finlandiya və İsveçin hərbi alyansa üzvlüyünü təsdiqləməsini gözləyirlər”.

Məqalədə qeyd edilir ki, dərinləşən enerji böhranı ilə mübarizə aparan Avropa üçün Türkiyənin önəmi daha aydın görünür. Məqalədə Rusiya ilə münasibətlərin kəsilməsinin bir-birinin ardınca bir sıra xoşagəlməz nəticələrə gətirib çıxardığı vurğulanarkən, Avstriyanın keçmiş xarici işlər naziri Karin Knayslın sözlərinə də yer verilib: “İstər Qara dəniz regionundan taxıl ixracı, istərsə də şərqdəki hasilatçı ölkələrdən enerji təchizatı olsun, tarixdə tez-tez baş verdiyi kimi, Boğaziçi (İstanbul) və Avrasiya əlaqələri həlledici geosiyasi rol oynayır. Həqiqət budur ki, Türkiyə bu gün Avropanın təhlükəsizliyi üçün çox önəmlidir”.

Rusiya ilə Avropa arasında enerji sahəsində əməkdaşlığın ABŞ tərəfindən qəsdən pozulduğu vurğulanarkən, Moskva ilə Ankara arasında tərəfdaşlığın daha da intensivləşdiyi diqqətə çatdırılır.

Prezident Vladimir Putinin “Avropa üçün Türkiyəni təbii qaz qovşağına çevirə bilərik” mesajına da toxunulur və Rusiyanın Türkiyəni qaz təchizatı üçün yeni əsas marşruta çevirəcəyi bildirilir.

Təhlildə bu ifadələrə də ver verilir:

“Rusiya təbii qazının Türkiyədən üçüncü ölkələrə, ilk növbədə Avropaya tədarükü davam edəcək. Bundan əlavə, qiymətləri müəyyən etmək üçün Türkiyədə təbii qaz birjası yaradıla bilər. AB Rusiyadan enerji təchizatını siyasi səbəblərə görə dayandırmaq istəsə də, bu, coğrafi baxımdan çətin layihədir. Brüssel ABŞ-ın təzyiqi altında titrədiyi halda, Türkiyə istehlakçı boşluğunu doldurmaq istəyən ölkələrdən biridir”.

Türkiyənin AB-nin enerji təhlükəsizliyində əsas oyunçuya çevriləcəyi bildirilərkən, Ankaranın qazanacağı, uduzan tərəfin isə Brüssel olacağı deyilir.

AB-nin gələcəkdə Rusiya ilə birbaşa əməkdaşlıqdan imtina etməli və Türkiyə ilə enerji məsələlərində danışıqlar aparmalı olacağı vurğulanır.

Alman nəşrləri AB və ABŞ-ın enerji sahəsində qumarı yanlış oynadıqlarını yazırlar:

“Müxtəlif enerji layihələrinin mərkəzi olan Ankara keçmişdə Avropa Birliyinə üzv olmağa çalışsa da, Brüssel bunu qəbul etmək istəmirdi. İndi deyəsən, Türkiyə Avrasiyaya doğru istiqamət götürəcək və tezliklə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olacaq. AB amerikalılarla qumar oynayırdı, amma əllərində zəif kartları saxlamışdı. Rus ayısından qaçsanız, türk bozqurdu ilə üzləşəcəksiniz”.

Teleqraf.com